İranın Sistan və Bəlucstan əyalətinin Çabahar şəhərində polis qüvvələri ilə silahlı şəxslər arasında qarşıdurma olub.
Bu haqda əyalətin polis rəisi Mürtəza Cokar məlumat yayıb.
O, silahlı qarşıdurmanın silahlı oğeulların həbs edilməsi əməliyyatı zamanı baş verdiyini bildirib:
"İki silahlı oğru dəstəsinə qarşı aparılan əməliyyat zamanı polis qüvvələrinə atəş açılıb. Polislər cavab atəşi açaraq 3 silahlını yaralayıb və onlarla birgə 10 nəfəri həbs edib".
visiontv.az