Son günlər erməni sosial mediasında qədim Zərdüşt mədəniyyətinə aid olan bir birlərinə su ilə isladılması bayramı “Vardavar” adı ilə özünükləşdirilməsinə dair kadrlar çox yayılıb. Ermənilər iddia edirlər ki, guya bu onların qədim Astğik ilahəsi ilə bağlıdır və “qədimdən”, həm büdbərəstlik, həm də xrsitanlıq dövründən qalıb.
Gülməlidir.
Qədim bir tarixi olmayan və Hindistanın Mədrəs və Kəlküttə ərazisindən ilk öncə Əmir Teymur, sonra isə Rusiya çarlarının dəstəyi nəticəsində indki İran, sonra isə Qafqaz və Anadolu ərazilərinə gələn bu qaraçıların hansı “tarixi bayramı” ola bilər? Bütün dünya alimlərinin də, hətta ermənilərin öz alimlərinin də təsdiq etdiyi Qaraçı ermənilərin hər kəsdən mədəniyyət və torpaq, tarix oğurlaması dəfələrlə təsdiq edilib. Eləcə də qədim Zərdüşt mədəniyyətinin bir parçası olan Tirgānı erməniləşdirməkdən utanmırlar.
Erməni mədəniyyəti bu qədim bütpərəst ayinini mənimsəyərək öz xristian kilsə təqviminə (İsanın Transfiqurasiyası gününə) uyğunlaşdırıb. Lakin real tarix təsdiq edir ki, bu Zərdüştlərə aiddir və indki İran ərazisində yayılıb.
Qədim dinlər üzrə mütəxəssis sayılan Albert de Yonq, London Universitetinin professoru M. Boys özünün çoxcildlik "Zərdüştilik tarixi" əsərində, İran dilləri və qədim dinləri üzrə tanınmış ingilis-rus şərqşünası, Kembric Universitetinin professoru İlya Gerşeviç, Kolumbiya Universitetinin professoru və məşhur “Encyclopædia Iranica”nı yaradan Ehsan Yarşater, Harvard Universitetinin Erməni və Yaxın Şərq araşdırmaları üzrə professoru, Ceyms Rassell, Bergen Universitetinin din tarixi üzrə professoru və müasir zərdüştilik araşdırmalarının aparıcı simalarından sayılan Maykl Stausberq və adını yaza biləcəyim yüzlərlə alim təsdiq edir ki, bu bayram qədim Zərdüştlərə aid Tirgāndır və ermənilərin yaratdığı Vardavar oğurluqdur.
Zərdüşti təqviminə görə, hər ayın günlərinin xüsusi adları var idi. Ayın 13-cü günü "Tir" günü adlanırdı. İlin 4-cü ayı da "Tir" ayı idi. Tir ayının Tir günü (yəni adların üst-üstə düşdüyü gün) böyük təntənə ilə Tirgānı bayramı kimi qeyd olunurdu.
Bu gün “Avesta” kitabında yazılır ki, su və bərəkət tanrısı Tiştriya quraqlıq və qıtlıq qüvvəsi olan Apaoşa qalib gəlir və hər bir kəs küçəyə çıxıb bir birlərini su ilə islatmalıdır ki, Tanrıya minnətdarlıqlarını bildirsinlər.
Ab-pashan adlanan adətə görə insanlar yay istisində quraqlığı dəf etmək, bərəkət arzulamaq və sərinləmək üçün küçələrdə, çay kənarlarında bir-birlərinin üzərinə su atırlar.
Bu ənənə sonradan Yaxın Şərq və Hind-Avropa xalqları arasında geniş yayılmışdır. Bu ritual müxtəlif xalqların mədəniyyətinə daxil olmuşdur, slavyanlarda İvan Kupala adlanır. Tailand, Laos, Myanma və Kambocada Sonqkran adlanır. Qədim yunanlarda da "Daşqın Festivalı" adı ilə məhşur olub.
Erməni tarixşünaslığı və mədəniyyət siyasəti, xüsusən son iki əsrdə, öz milli kimliklərini regional olaraq daha qədim və köklü göstərmək üçün bölgədəki mövcud mədəni irsi, Qafqaz Albaniyasına aid xristian abidələrini, regional musiqiləri və mətbəxi, sürətlə erməniləşdirməyə və öz adlarına patentləşdirməyə çalışırlar.
Sistemli mədəniyyəti olmayan xalqlar yaşadıqları coğrafiyada olan digər xalqların mədəniyyətini, musiqisini, mətbəxini və memarlığını çox sürətlə mənimsəyirlər. Ermənilər də məhz belə oğrudlar və gözümüz önündə Zərdüştlüyə aid mədəniyyəti oğurlayıb öz adlarına çıxırlar.
Prof.Dr. Zaur Əliyev
visiontv.az