Şərqi Azərbaycan əyalətinin Təbriz şəhəri və 26 rayonundan İranın keçmiş rəhbəri Əli Xamenei ilə vida və onun dəfn mərasiminə 200 min nəfər göndəriləcək.
Bu haqda əyalət valiliyi məlumat yayıb.
Onların 288 avtobusla yola salınacağı və daha 208 avtobusun da ehtiyat üçün hazır vəziyyətdə saxlanılacağı bildirilib.
Bundan əvvəlki rəsmi məlumatlara görə isə həmin mərasimdə Ərdəbil əyalətindən 1600, Qərbi Azərbaycan əyalətindən isə 9000 nəfər iştirak edəcək.
Qeyd edək ki, son statistikaya görə Şərqi Azərbaycan əhalisinin sayı 4,107, 323 nəfərdir.
Şərqi Azərbaycan əyalətindən bu qədər insanın mərasimdə iştirak edəcəyi barədə məlumatın yayılması sərt xətt tərəfdarlarının qəzəbi ilə qarşılaşıb.
Onlar 4 milyondan çox əhalisi olan əyalətdən yalnız 20,000 nəfərin vida və dəfn mərasimində iştirak etməsinin rəhbərin şəninə uyğun olmadığını bildiriblər.
Buna görə də, SEPAH-ın Şərqi Azərbaycandakı Aşura Korpusunun komandiri və İran rəhbərinin bu korpusdakı nümayəndəliyinin başçısı Əsgər Abbasquluzadə azərbaycanlılara müraciət edib.
O, azərbaycanlıları Əli Xameneinin vida və dəfn mərasimində daha geniş şəkildə iştirak etməyə və fəal olmağa çağırıb.
visiontv.az