Müharibənin bütün cəbhələrdə dayandırılmasını, Hörmüz boğazının yenidən açılmasını və ABŞ-ın dəniz blokadasına son qoyulmasını nəzərdə tutan 14 maddəlik İslamabad memorandumunun imzalanmasından iki həftə keçməsinə baxmayaraq, Hörmüz Boğazından keçən gəmi sayı hələ də müharibədən əvvəlki səviyyəyə çata bilməyib.
İyunun 24-də boğazdan keçən gəmilərin sayı 70-ə çatıb ki, bu da müharibə başlayandan bəri qeydə alınan ən yüksək göstəricidir. Müharibədən əvvəl isə bu su yolundan gündə orta hesabla təxminən 130 gəmi keçirdi.
Beynəlxalq Dəniz Təşkilatının baş katibi bildirib ki, Hörmüz boğazı böhranı başlayandan bəri 14 dənizçi həyatını itirib. Təşkilat həmçinin Sinqapur bayrağı altında üzən gəmiyə edilən hücumdan sonra bölgədə qalan təxminən 600 gəminin və 11 min dənizçinin təxliyəsini müvəqqəti dayandırıb.
visiontv.az