Müctəba Xameneinin vəziyyəti ilə bağlı yeni və müəmmalı məlumat ortaya çıxıb.
Fox News-un yüksək vəzifəli jurnalistlərindən biri İsrailin yüksək rütbəli rəsmisinə istinadən bildirib ki, İranın yeni lideri kimi təqdim olunan Müctəba Xamenei yaxşı fiziki vəziyyətdə deyil və vəzifələrini yerinə yetirmək üçün lazımi gücə malik deyil.
Günaz TV-nin xəbərinə görə, Foks Nyuz-un baş müxbiri Trey Yingst İsrailin yüksək vəzifəli bir rəsmisinə istinadən yazıb ki, Müctəba Xamenei fiziki baxımdan yaxşı vəziyyətdə deyil və ehtimal olunur ki, son hərbi hücumlar zamanı yaralanıb.
Bu məlumata görə, Sepah qüvvələri onu tam şəkildə mühasirəyə alıb və faktiki olaraq idarəetmə onların əlindədir.
Eyni zamanda İsrailin kəşfiyyat mənbələri onun aldığı yaraların dərəcəsini araşdırır. Lakin İran tərəfi indiyədək onun sağlamlıq vəziyyəti və ya harada olduğu barədə heç bir rəsmi açıqlama verməyib.
Məlumatlarda həmçinin bildirilir ki, Müctəba Xamenei atasının öldüyü əməliyyatın ilk hücumları zamanı yaralanmış ola bilər.
visiontv.az