“Axios”: ABŞ İranın BMT-dəki səfir müavinini ölkədən çıxarıb
03.04.2026

ABŞ İranın BMT-dəki səfir müavini Səadət Ağacanini ölkədən çıxarıb.

Bu  barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ  Dövlət  Departamenti ötən ilin dekabr ayında milli təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək  İranın  BMT-dəki səfir müavinini ölkədən çıxarıb.

Bundan əlavə, son aylarda  Nyu-Yorkdakı ən azı iki İran diplomatı da ölkədən çıxarılıb.

visiontv.az