Seçkilərə görə Ərdəbildə iki nəfər həbs edilib
29.06.2024

İranda növbədənkənar prezident seçkilərinin keçirildiyi vaxtda Ərdəbil şəhərində iki sosial mediaistifadəçisi həbs edilib.

Bu barədə Ərdəbil əyalətinin Baş prokuroru Calal Afaqi açıqlama verib.

Afaqi, həmin şəxslərin "yalan məlumat yaymaqla" seçki prosesinə təsir etmək istədiklərini iddia edib.

O, seçkilərin təhlükəsiz şərayitdə keçirilməsinin hakimiyyətin qırmızı 
 xətti olduğunu deyib.

Saxlanılanlar barədə cinayət işi açıldığını bildirən Calal Afaqi onların kimliyi barədə açıqlama verməyib.

visiontv.az