Ərdəbildə onlarla tarixi abidələr dağılır
01.07.2024

Ərdəbil şəhərində Səfəvi və Qacarlar dövrünə aid olan memarlıq nümunələri və tarixi abidələr dağılmaq üzrədir.

Bu barədə yerli mədəni fəallar məlumat yayıb.

"Vəkil evi, tarixi İsmayıl bəy evi, Vahabzadə evi, Mənsuri evi, bir neçə tarixi hamam və başqa memarlıq nümunələri 80% dağılıb",- deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Ərdəbil əyalətində onlarla tarixi abidə bu vəziyyətə düşüb. 

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.

visiontv.az