Demokratlarda daxili sunami yaşanır
01.07.2024

Fikir vermisinizsə debatlardan sonra ilk suallarım CNN kanalına yönəlmişdi. Bu təsadüf deyil.

Keçən ildə CNN kanalına Kris Lixt rəhbərlik edəndə kanalı biabırçı vəziyyətə salmışdı və 6 iyunda onun ünvanına tənqidi status yazmışdım, 7 iyunda Lixt vəzifədən kənarlaşdırılmışdı(bax şərh bölümünə).

Onun yerinə kim gəlsə yaxşıdır? Trampın tərəfdarı!

Debatlarda CNN kanalı altdan-atdan zərərli addımlar atırdı, misal üçün kameranın yeri və işıqlandırma Tramp üçün daha əlverişliydi və s. Belə misallar az deyil.

Sonra. Debatlarda yaşanan fiasko demokratları aqressivləşdirdi və bu sevindirici haldır. Bütün liderlər, o cümlədən alternativ namizdlər kimi qiymətləndirilən şəxslər Baydenə birmənalı və qeyd-şərtsiz dəstəyi ifadə ediblər. Uitmer, Nyusom, Harris, Obamalar, Ceffris və s.

Partiyanın daxilində qəti şəkildə parçalanmaya yol vermək olmaz, elita monolit olmalıdır.

Dənlənmələr isə başlayacaq...Düşünürəm ki, son fiasko, yatmış əjdahanı ayıldıb. Dem. partiya kimi nəhəng struktur, tarix üçün taleyüklü məqamda məğlubiyyətə aparan ilk siqnallar aldı və o şoku keçməliydi. İndi isə, bütün maliyyə və başqa resurslar səfərbər olunmağa başlayacaq.

Sözümü yadınızda saxlayın, bu yaxınlarda CNN-in rəhbərliyinin "başını bədənindən ayıracaqlar". Düz 1 il qabaq eyni proqnoz verdim, cəmi 1 günə, gerçəkləşdi.

Kamran Cəfərli

visiontv.az