Həmədanda beş gəncin cəsədi aşkarlandı
01.07.2024

Həmədan əyalətinin Rəzən şəhərinin Qızılca kəndi yaxınlığındakı yüksklikdə 5 gəncin meyiti tapılıb.

Bu barədə Rəzən prokuroru Taha Nəcəfi Ehsan bildirib.

O, hər beş nəfərin də başlarından odlu silahdan açılan atəş nəticəsində qətlə yetirildiklərini deyib.

Prokuror ğldürülənlərin kimliklərinin müəyyən edildiyini, hadisə ilə bağlı araşdırmalar aparldığını söyləyib.

Taha Nəcəfi Ehsan qətl hadisəsinin şəxsi münaqişə zəminində baş verdiyinin etimal olunduğunu bildirib.

visiontv.az