Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb
01.07.2024

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan edilib.

Dövlət İmtahan Mərkəzindən Visiontv.az-a verilən xəbərə görə, nəticələr qurumun rəsmi saytına yerləşdirilib.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.