Ukrayna KİV-lərinin yazdığına görə, müdafiə naziri Mixail Fedorov müharibə ilə bağlı üç mərhələdən ibarət strategiyanı açıqlayıb.
- Birinci mərhələ - səmanın bağlanması
Planın ilk bəndi Ukrayna üzərində hava məkanının tam qorunmasını nəzərdə tutur. Fedorovun sözlərinə görə, əsas prioritet mülki əhalinin və infrastrukturun Rusiya hücumlarından müdafiəsidir.
- İkinci mərhələ - cəbhədə və kiberməkanda dayandırma
İkinci istiqamət Rusiyanın quruda, dənizdə və kiberməkanda irəliləyişinin qarşısının alınmasını əhatə edir.
Nazir bildirib ki, Rusiya qoşunları Donetsk vilayətində hər kvadrat kilometrə görə 156 nəfər itki verir və Ukrayna bu göstəricini 200-ə çatdırmağı planlaşdırır.
- Üçüncü mərhələ - iqtisadi təzyiq
Planın üçüncü hissəsi Rusiyanın iqtisadi sektoruna təzyiqin artırılmasını nəzərdə tutur.
Fedorovun fikrincə, müharibə Rusiya sursat almaq, hərbçilərə ödəniş etmək və təbliğatı maliyyələşdirmək üçün resurslara malik olduğu müddətdə davam edir. Bu resursların əsas mənbəyi isə neft gəlirləridir.
visiontv.az