Evin həbsxanasında saxlanılan milli fəalların dindirilmə iclası keçirilib
26.02.2026

Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı fəallar Tahir Nəqəvi, Mürtəza Pərvin Coda, Vədud Əsədi, Ayaz Seyfxah, Kərəm Mərdanə və Araz Amanın dindirilm iclası keçirilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, dindirilmə iclas fevralın 24-də Tehran Təhlükəsizlik İstintaq İdarəsinin 5-ci şöbəsi vasitəsilə videokonfrans vasitəsilə həyata keçirilib. 

İclasın müstəntiq Nasir Cəlay, adı çəkilən məhbusları  "hökumətə qarşı təbliğat aparmaq"da ittiham edib. O, buna səbəb kimi məhbusların aclıq aksiyaları keçirmələrini, etiraz bəyanatları yaymalarını və son zamanlar ölkədə keçirilən etirazları dəstəklədiklərini göstərib.

Qeyd edək ki, adı çəkilən fəallar 2024-cü ilin fevral ayında həbs olunublar.

Onlara "milli təhlükəsizliyə qarşı əlbir olmaq", "hökumətə qarşı təbliğat". "rəhbəri təhqir etmək" və "casusluq" ittihamlarına görə uzun illik həbs cəzaları verilib.

visiontv.az