Yaxın Şərqdə ABŞ və İran arasında gərginliyin artdığı bir vaxtda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-22 Raptor qırıcıları bölgəyə yola düşüb.
Məlumata görə, əlavə yanacaq çənləri ilə təchiz edilmiş təyyarələr Britaniyanın “RAF Lakenheath” hərbi bazasından havaya qalxaraq Yaxın Şərq istiqamətində hərəkət edib.
Hərbi ekspertlər əlavə yanacaq çənlərinin quraşdırılmasını təyyarələrin uzunməsafəli uçuş və mümkün əməliyyat hazırlığı ilə əlaqələndirirlər.
visiontv.az