İranın mədəniyyət və islamı irşad naziri Seyid Abbas Salehi rusiyalı həmkarı Olqa Lyubimovanın rəsmi dəvəti ilə Sankt-Peterburqa səfər edib. Görüş zamanı tərəflər 2026-cı ildə Rusiyada İran mədəniyyət həftəsinin keçirilməsinə dair razılığa gəliblər.
Olqa Lyubimova bildirib ki, İranda Rusiya mədəniyyət həftəsinin uğurla keçirilməsindən sonra, Moskva Rusiyada İran mədəniyyət günlərini təşkil etməyə hazırlaşır.
Məlumata görə, rusiyalı naziri Kazan şəhərinin 2026-cı ildə İslam dünyasının mədəniyyət paytaxtı kimi irəli sürülməsi məsələsinə də toxunaraq, İrandan bu layihəyə dəstək istəyib.
Səfərdə Pekində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində İran və Rusiya prezidentləri – Məsud Pezeşkian və Vladimir Putinin görüşünün əhəmiyyətindən də söz açılıb.
visiontv.az