Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib: 10 nəfər ölüb
18.08.2026

Rusiya qoşunlarının Xarkov vilayətinin Peçeneqi qəsəbəsinə raket zərbəsi endirməsi nəticəsində 10 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Bu barədə  Xarkov  Vilayət Hərbi  Administrasiyasının rəhbəri Oleq Sinequbov teleqram kanalında məlumat verib.

Məlumata görə, zərbə nəticəsində 10 fərdi ev, kafe, poçt şöbəsi, mağaza və ən azı 7 avtomobil zədələnib.

Zərbənin nəticələri barədə məlumat dəqiqləşdirilir.

visiontv.az