Yəmən husiləri Səudiyyə Ərəbistanının cənubundakı Cizanda "Saudi Aramco" neft emalı zavoduna (NEZ) pilotsuz uçuş aparatları ilə zərbə endirdiklərini bildiriblər.
Bu barədə "The Times of Israel" hərbi mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hücum Yəmənin Səədə və Həccə əyalətləri üzərində hava məkanının pozulmasına cavab olaraq həyata keçirilib.
visiontv.az