Rusiya Prokurorluğu azərbaycanlı blogerə qarşı ittiham aktını təsdiqləyib
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Hüseyn Həsənov Rusiya Cinayət Məcəlləsinin “cinayət törətmək yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması” maddəsi ilə ittiham olunur.
Cinayət işi baxılması üçün Presnenski Rayon Məhkəməsinə göndərilib.
Bloger qiyabi həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, Hüseyn Həsənovun fərdi sahibkar kimi 170 milyon rubldan çox vergini ödəmədiyi bildirilib.