İrandan Rusiyaya zənginləşdirilmiş uranın daşınması gündəmdədir
02.02.2026

İrandan Rusiyaya zənginləşdirilmiş uranın daşınması məsələsi uzun müddətdir ki, gündəmdədir və Moskva bütün maraqlı tərəflərlə təmaslarını davam etdirir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Moskvanın İran ətrafında gərginliyin azaldılmasına kömək etməyə davam etməyə hazır olduğunu söyləyib.

"Bu məsələ uzun müddətdir ki, gündəmdədir. Rusiya bu xidmətləri bir sıra ölkələr üçün müəyyən qıcıqlandırıcıların aradan qaldırılmasına gətirib çıxaracaq mümkün bir seçim kimi uzun müddətdir ki, təklif edir. Hazırda Rusiya səylərini davam etdirir, bütün maraqlı tərəflərlə əlaqə saxlayır və İran ətrafında gərginliyin azaldılmasına mümkün qədər töhfə verməyə hazırdır", - deyə Kremlin sözçüsü İranın zənginləşdirilmiş uranın Rusiyaya daşınması ehtimalının ABŞ və İranla müzakirə olunub-olunmadığı ilə bağlı suala cavab verərkən bildirib.