Onkoloji xəstələrə xidmət göstərəcək özəl tibb müəssisələrinə lisenziya veriləcək
02.02.2026

Özəl tibb müəssisələrində onkoloji xəstələrə xidmət üçün çox ciddi hazırlıq işləri getməlidir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, bu gün onkoloji xəstələrə xidmət göstərə biləcək özəl tibb müəssisələrinin sayı çox məhduddur: “Çox ciddi monitorinqlər aparılacaq. Bundan sonra hansı özəl tibb müəssisəsi klinik protokollara uyğun yardımı həyata keçirə biləcəksə, onlara lisenziya veriləcək. Onların hesabatlılığı da dövlət onkoloji tibb müəssisələrinin qarşısında olacaq. Bu məsələyə son dərəcə ciddi yanaşmalıyıq”.