Qumun dini mərkəzlərində siğə: 8 minə yaxın atasız uşaq
11.02.2026

Qum dini seminariyasında təhsil alan xarici vətəndaşın iranlı qadınlarla siğəsindən dünyaya gələn 8 minə yaxın uşaq müəyyən edilib.

Bu barədə əyalət valisinin müavini Mürtəza Heydəri məlumat verib.

"Qumda xarici kişilərlə iranlı qadınlar arasında müvəqqəti nikahdan dünyaya gələn və doğum haqqında şəhadətnaməsi olmayan 7863 uşaq müəyyən edilib. Bu problemi həll etmək üçün 1200 məhkəmə işi açılıb, ancaq indiyə qədər ataları müəyyən edilə bilmədiyi üçün bu uşaqlardan yalnız 100-ə doğum haqqında şəhadətnaməsi verilib",- o bildirib.

Heydərinin sözlərinə görə, bu uşaqların ataları dünyanın 11 müxtəlif müsəlman ölkəsindən olan dini tələbələrdir.

visiontv.az