ABŞ Dövlət Departamenti güneyli insan haqları fəalı və Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədi barəsində çıxarılan 7,5 illik həbs cəzasını pisləyərək onun dərhal azadlığa buraxılmasına çağırış edib.
Departament farsdilli “X” hesabında paylaşım edərək bildirilib ki, Məhəmmədi vəkillə əlaqə imkanı olmadan 59 gün həbsdə saxlanılıb və bu müddətdə onun sağlamlıq durumu ciddi şəkildə pisləşib. Qeyd olunub ki, o, minimum ədalətli məhkəmə standartlarına cavab verməyən proseslə mühakimə edilib.
ABŞ tərəfi məhkəmə prosesini qeyri-şəffaf və ədalətsiz adlandıraraq İran hakimiyyətindən yalnız Məhəmmədini deyil, habelə, bütün vicdan məhbuslarını dərhal azad etməyi istəyib.
visiontv.az