Qrossi xəbərdarlıq etdi: Uğursuzluq müharibənin başlanmasına səbəb ola bilər
26.02.2026

İran və ABŞ arasında Jenevrədə keçirilməsi planlaşdırılan danışıqların uğursuzluğu müharibənin başlanmasına səbəb ola bilər.

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafel Qrossi deyib.

Kolumbiya milli radio və televiziyasına danışan Qrossi, 12 günlük müharibə zamanı İranın nüvə obyektlərinin bombalanmasından sonra hərbi dərəcəli uran ehtiyatlarının mövcudluğu ilə bağlı yenidən narahatlığını ifadə edib.

"Diplomatik proses başlayıb və zirvə nöqtəsinə çatıb. ABŞ həftələrlə və aylarla müzakirə etməyə davam etməyəcəyini açıq şəkildə göstərib",- o əlavə edib.

BAEA rəhbəri bildirib ki, böhran mütləq razılaşma yolu ilə həll olunmalıdır, lakin o, İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı qeyri-müəyyənliyin riskləri artırdığını vurğulayıb. Onun sözlərinə görə, ötən il baş vermiş 12 günlük müharibədən sonra agentlik İranın zənginləşdirilmiş uran obyektlərində yoxlamaları bərpa edə bilməyib. Qrossi qeyd edib ki, bu, nüvə silahının mövcudluğu demək deyil, lakin monitorinqin olmaması “dramatik qərarların verilməsinə səbəb ola bilər.”

visiontv.az