Bəndər Abbas şəhərində yerləşən İsin körpüsü ərazisində hərbi qüvvələr xəbərdarlıq etmədən yanacaq daşıyanların avtomobillərinə atəş açıb.
"Haalvsh" kanalı xəbər verir ki, güclü atışma ərazidəki sakinlər və sürücülər arasında təşvişə səbəb olub.
Hadisə nəticəsində itki və ya xəsarət alanlar barədə hələlik dəqiq məlumat yoxdur.
Xatırladaq ki, Sistan və Bəluçistan əyalətində işsizlik səbəbindən bir çox bəluç sakin həyatını riskə ataraq bu təhlükəli peşə ilə dolanışığını təmin etməyə məcburdur.
visiontv.az