825 İl öncəyə aid, dünya elmini bu gün də təccübləndirən Səlcuq türklərinə məxsus sirli mücrü.
Türk dünyası tarixinin parlaq səhifəsini təşkil edən Böyük Səlcuq imperiyası X əsrin birinci yarısında Yaxın Şərqdə ən qüdrətli oğuz və türk tayfalarının hərbi-siyasi birliyindən orta əsr feodal dövlətlərindən biri yarandı. Tayfa başçısı Səlcuqun adı ilə adlanan bu birliyin üzvləri X-XIII əsrlərdə Yaxın Şərqdə böyük dəyişikliyə səbəb oldu, geniş miqyaslı hərbi yürüşlərdə iştirak etdilər.
Türküstandan Aralıq dənizinə, Zaqafqaziyadan Fars körfəzinə qədər geniş bir ərazini əhatə edən Səlcuq dövlətinin əsası qoyuldu. Səlcuqların yaratdığı imperiyanın həm siyasi, həm iqtisadi, həm də mədəni tarixinin izinə hər yerdə rast gəlmək olar.
Onlar təkcə hərbi sahədə deyil digər sahələrdə də qeyri adi irs qoyublar. Bu gün Sizlərə Yunanıstanda, Afinada muzeydə saxlanan nadir Səlcuq mücrüsünü təqdim edirəm.
XIII əsrin əvvəllərində görkəmli mühəndis və ixtiraçı Əl-Cəzəri özünün "Biliklər kitabı..." (Kitab fi mərifət əl-hiyal əl-həndəsiyyə) əsərində mücrünün qapağına quraşdırılmış, tarixdəki ilk kodlu qıfıllardan birini təsvir etmişdi. Məhəmməd ibn Hamid əl-Əsturlabi əl-İsfahani (XII əsər) İsfahandan olan dahi fars sənətkarı və ixtiraçısı idi. Bu onun əl işidir.
Xaricdən hər şey kifayət qədər sadə görünürdü: mücrünün qapağında müasir kodlu siferblatları xatırladan dörd fırlanan dairəvi element — bir növ "çarxlar" yerləşirdi. Bu elementlərin hər biri qapağın içində gizlədilmiş mexanizmlə əlaqəli idi. İnsan xarici çarxları fırlatdıqda, onlar daxili diskləri hərəkətə gətirirdi. Əgər dörd qıfıldakı bütün üçbucaq yarıqlar eyni vaxtda müəyyən bir mövqeyə düzülürdüsə, lövhənin aşağı tərəfindəki şaquli çıxıntılar həmin oyuqlara daxil ola bilir və beləliklə cəftəni azad edirdi.
1200–1201-ci illərə aid Səlcuqlu qutusu orta əsr ixtiriaları arasında məlum olan ən mürəkkəb nümunələrindən biridir. Tökmə və döymə bürüncdən hazırlanmış, həndəsi naxışlar və ərəb xəttatlığını əks etdirən gümüş və mis qaxmalarla bəzədilmiş bu qutu, təxminən dörd milyard mümkün kombinasiya yaradan fırlanan disklərdən ibarət kodlu qıfılla təchiz olunub. Bunu daha aydın təsəvvür etmək üçün: fasiləsiz olaraq saniyədə bir kombinasiya sınayan oğruya bütün variantları yoxlamaq üçün 126 ildən çox vaxt lazım olardı.
Səlcuqlular dövründə bürünc və tunc işləmə sənəti özünün ən yüksək zirvəsinə çatdı. Bu dövrün metallurgiya ustaları metalların tərkibini dəyişməkdən əlavə, onların üzərində mürəkkəb bədii və texniki işlər görürdülər. Dünya muzeylərində də bu eksponatlar universal olaraq "Səlcuqlu dövrü incəsənəti" adlanan bu qeyri adi mücrü məhz həmin dövrün tarixə hədiyyəsidir.
Bu gün bunu farslara aid edənlər undurlar ki, həmin elmi-texniki layihənin maliyyəçisi, ideoloji hamisi, sifarişçisi və istifadəçisi Səlcuqlu Türk sarayı və hərbi-inzibati elitası idi. Sənətşünaslıqda əsərin aidiyyəti hamisinin subyektivliyi və dövlət hüdudları ilə müəyyən edilir. Bu mücrülərin və qıfılların üzərindəki həndəsi naxışlar, zoomorfik fiqurlar, günəş formasında olan diskləri və əjdaha motivləri birbaşaTürk mifologiyası və Oğuz ornamental sənəti ilə bağlıdır
Səlcuqlular müxtəlif xalqların bilik və bacarıqlarını bir mərkəzdə toplayaraq vahid "Səlcuqlu intibahı" yarada bilmişdilər. Bu mexanizm həmin Türk imperiya sisteminin zəkası və idarəçilik məhsuludur.
Prof.Dr. Zaur Əliyev
visiontv.az