Qarabağ problemi niyə indi həll edildi və Rusiyanın mövqeyi nədir?!
Qarabağ probleminin həlli prosesinin vacibliyini beynəlxalq geosiyasətə gedən proseslərin tərkib hissəsi hesab etmək olar.
Dünya güc mərkəzlərinin qarşılıqlı həmlələri fonunda bu güc mərkəzlərini formalaşdıran ölkələrin öz yerlərini, təsir dairələrini dəqiqləşdirmək uğrunda verdiyi mücadilə böyük ölçüdə Qarabağ probleminin həllini labüd edirdi.
Amerikada gedən prosesləri Avropa Birliyindən ayrılan Böyük Britaniyanın özünəməxsus güc mərkəzi yaratmaq planı kimi qiymətləndirmək lazımdır. Rəsmi London anladı ki, Avropa Birliyi onun ayağına dolaşır və onun əl qolunu bağlayır. Odur ki, Brexitlə AB-dən ayrıldı. Artıq sərbəst olan İngiltərəyə yeni ağıl və güc mərkəzi formalaşdırır. Bu mərkəzin ağıl mərkəzi İngiltərə, iqtisadi ayağı Çindirsə, onun güc və tranzit ayağı Türkiyədir. Böyük Britaniyanın ilk işi Türkiyə ilə ikitərəfli müqavilə bağlamaq oldu və hamıya göstərdi ki, Türkiyə onun tərəfdaşıdır. Böyük Britaniyanın Rusiya ilə həmişə münaqişə vəziyyətində olduğunu nəzərə alsaq, Rusiyanın Böyük Britaniyanın planlarına qarşı olacağı ilk baxışda qaçılmaz kimi görünsə də, əslində Rusiya da bu fəaliyyətdə maraqlıdır. Rusiya demokrat Co Baydenin seçilməsindən narahatdır və hesab edir ki, Türkiyə və Böyük Britaniya ilə dolayısı ilə əməkdaşlıq etməklə təzyiqlərə tab gətirə bilər.
Regional formatda bu proseslərin birləşdirici nöqtəsi Qarabağ problemi idi və onun qarşılıqlı həll edilməsi mütləq idi ki, Rusiyanın marağı da nəzərə alınmaqla bu şəkildə həll edildi. Rusiya uzunmüddətli planları üçün sülhməramlı adı ilə Dağlıq Qarabağa yerləşib, qısamüddətli planları üçün Qarabağın geri verilməsinə məcbur razı oldu.
Visiontv.az