Qalibaf: "Bu müharibənin şərti; ya hamı, ya heç kim"
24.07.2026

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial platformasında paylaşım edərək, Hörmüz boğazından təzyiq rıçaqı kimi istifadənin davam etdirilməsini növbəti dəfə vurğulayıb.

Qalibaf yazıb: "Bu müharibənin şərtləri aydındır: ya hamı, ya da heç kim!

Bizim neft satmadığımız bir regionda heç kim neft sata bilməyəcək.

Əgər təhlükəsizliyimiz təmin olunmazsa, heç bir infrastrukturun təhlükəsizliyi qorunmayacaq və boğazın təhlükəsizliyi yalnız  ABŞ qüvvələrinin olmadığı təqdirdə mümkündür.

Dəfələrlə demişik ki, boğazdakı vəziyyət müharibədən əvvəlki halına qayıtmayacaq".

Bu açıqlamalar Birləşmiş Ştatlar ordusunun son 11 gecə ərzində İranın müxtəlif bölgələrinə endirdiyi ağır zərbələrdən sonra verilib.

ABŞ bildirir ki, bu hücumlar İranın Hörmüz boğazında gəmilərə qarşı hərbi hədə-qorxu gəlmək imkanlarını zəiflətmək məqsədi daşıyır.

visiontv.az