İran İraqın şimalında yerləşən Ərbil şəhərinin Alan bölgəsindəki İran hökumətinə müxalif olan kürd qruplaşmalarının qərargahına yenidən dron hücumu edib.
Bu haqda İraq mediası məlumat yayıb.
Hücumlar zamanı 6 kürd silahlısının yaralandığı bildirilib.
Bundan bir neçə gün əvvəl də İran İraqın Süleymaniyə əyalətinin Zərquiz bölgəsindəki düşərgəyə 6 raket zərbəsi endirməsini nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər isə yaralanmışdı.
visiontv.az