Urmiyada iş qəzası: İki nəfər həlak oldu
23.07.2026

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində iş qəzası nəticəsində daha iki nəfər həyatını itirib.

Bu barədə işçi hərəkatı fəalları məlumat yayıb.

Məlumata görə, Şirzad Nəbizadə və Pərviz Abdullahi adlı şəxslər meyvə topladıqları zaman ağacdan yığılaraq həlak olublar.

Onların iş təhlükəsizliyi ilə bağlı uyğun geyim və başqa avadanlıqlarla təmin olunmadıqları bildirilib.

visiontv.az