Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub
21.07.2026

Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub.

Dövlətimizin başçısı bununla bağlı deyib: “Bu il biz həm  Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm  Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin  Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə  Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək”.

visiontv.az