Prezident: Alman şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyəti üçün təkliflər irəli sürülüb
21.07.2026

"Hazırda Azərbaycanda Almaniya kapitalı olan 200-dən çox şirkət fəaliyyət göstərir".

Bunu Prezident İlham Əliyev  Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, bir çox  Almaniya şirkəti  Azərbaycanda uğurla fəaliyyət göstərir: “Əminəm ki, bugünkü danışıqlardan sonra onların sayı artacaq. Qarşılıqlı sərmayə qoyuluşu müzakirə edilir. Alman şirkətlərinin  Azərbaycanda daha geniş çərçivədə fəaliyyəti üçün konkret təkliflər irəli sürülüb".

visiontv.az