Peskov Avropa İttifaqının Ukrayna ilə bağlı danışıqlarda lazım olmadığını bildirib
29.10.2026

Rusiyanın Avropa kimi danışıqçılara ehtiyacı yoxdur və çətin ki, ABŞ-ın da buna ehtiyacı olsun.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Avropa İttifaqı müharibəni daha da qızışdırmaq və uzatmaq məqsədi daşıyan təxribatçı mövqe tutur. Bizə belə iştirakçılar lazım deyil. Çətin ki, sülhə nail olmaq istəyən amerikalıların da onlara ehtiyacı olsun”, - Kremlin sözçüsü vurğulayıb.

Peskov xatırladıb ki, Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda  Avropa İttifaqının iştirakı nəzərdə tutulmur.

Qeyd edək ki, Ukrayna ilə bağlı Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar Əbu-Dabidə keçiriləcək. Kreml danışıqların noyabrın 10-dan sonra keçiriləcəyini açıqlasa da, Polşa Baş naziri görüşün noyabrın 4-nə planlaşdırıldığını bildirib.

visiontv.az