SEPAH: Ötən sutka üç tanker Hörmüz boğazında minaya düşüb
29.10.2026

Ötən sutka Hörmüz boğazından keçən 3 tanker minaya düşüb.

Bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, gəmilər Hörmüz boğazının cənub hissəsindən keçərkən minaya düşüblər.

Tankerlərin bütün radar və naviqasiya sistemlərini söndürərək, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığı qeyd olunub.

SEPAH-ın məlumatında Hörmüz boğazından keçməyə çalışan gəmilərə  ABŞ-ın Mərkəzi Komandanlığına inanmalarına dair çağırış olunub, eyni zamanda, su yolunun cənub hissəsinin minalarla dolu olduğu ilə bağlı xəbərdarlıq edilib.

visiontv.az