Onların çirkin ideoloji və fars-mərkəzli siyasi maraqları hər şeydən öndə gəlir.
İranda cəmiyyətin çoxu məcburi hicaba qarşı çıxması fonunda, İranın fars-molla rejimi qadınlardan təbliğat məqsədilə istifadə edir və onlara “Hicab taxmasaq da, Rəhbərimizin yanındayıq” mesajını verdirir.
Digər tərəfdən, elə həmin İranın fars-molla terror rejimi Azərbaycan dövlətinə qarşı təbliğat apararaq hicabı Allahın əmri kimi təqdim edir, Azərbaycan dövlətini isə guya Allaha qarşı savaş açmaqda ittiham edir.
Çox təəssef ki, bu çirkin oyunda Türkiyə vətəndaşı olan yobaz, cübbəli terrorçu qruplar da özlərinə yer tapıblar.
Halbuki Azərbaycanın məktəblilərin vahid geyim qaydaları ilə bağlı qərarını hicab qadağası kimi təqdim etmək, məsələni dini qarşıdurmaya çevirmək və Azərbaycan dövlətini hədəfə almaq üçün siyasi manipulyasiyadır.
Deməli, məsələ hicab deyil!
Məsələ Azərbaycan dövlətinin güclənməsinə qarşı aparılan yeni oyunlardır.
Ən təəssüfləndirici məqam isə budur ki, özümüzə qardaş bildiyimiz bir dövlətdə də bu cür təbliğat və siyasi müdaxilə cəhdlərinə rast gəlirik.
Halbuki həmin dövlətin rəhbərləri “Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir” deyirlər.
Qardaşlıq sözlə deyil, qarşılıqlı hörmətlə, suverenliyə sayğı ilə və bir-birinin daxili işlərinə qarışmamaqla sübut olunur.

Sadiq İsabəyli
visiontv.az