Ermənistanın baş naziri Nikol Paşinyan sabah Türkmənbaşıda keçiriləcək MDB sammitinə gedir. Paşinyan getməzdən əvvəl açıqlama verib ki, sammitdə Valdimir Putin və İlham Əliyevlə görüşləri olacaq. Gündəmdə isə dediyi kimi üç dəmir yolu xətti var. Yerasx - Naxçıvan, Axurik - Qars və İcevan - Qazax. Bu üç ad, əslində, Cənubi Qafqazın gələcək xəritəsidir.
Amma problem ondadır ki, bu dəmir yollarının işləməsi üçün həm də Rus Dəmir Yolları ilə razlaşmaq lazımdır. Bildiyiniz kimi Ermənistanın dəmir yolları 2008-ci ildən bəri Ermənistana məxsus deyil. 30 illik konsessiya ilə Rusiyaya verilib. İdarə edən şirkətin adı isə Rusiya Dəmir Yollarının 100%-lik törəməsi olan "Cənubi Qafqaz Dəmir Yolu"dur. Müqavilə 2038-ci ilə qədərdir və 10 il də uzadıla bilər. Yəni Ermənistan ərazisində hər hansı relsin bərpası üçün Paşinyan mütləq Moskvadan icazə almalıdır. Öz dəmir yolunu özü təmir edə bilmir. 2025-ci ilin dekabrında Paşinyan ilk dəfə açıq şəkildə dedi ki, Rusiyalı tərəfdaşlarımızdan xahiş etdim ki, Yerasxdan Naxçıvan sərhədinə qədər və Axurikdən Türkiyə sərhədinə qədər olan xətləri təcili bərpa etsinlər. Ümid edirəm ki, bunu tezliklə edəcəklər. Mart ayında Putinlə telefon danışığında da eyni xahişi təkrarladı. İndi isə bu xahişi Türkmənbaşıda üz-üzə təkrarlayacaq. Yerasx - Naxçıvan xətti əslində Tramp marşrutunun əsasıdır. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək xətt. Çox guman ki, Paşinyan bunu Rusiyaya həvalə etməklə Moskvaya deyir ki, TRIPP ABŞ-Ermənistan ikitərəfli layihəsidir, amma dəmir yolu tikintisini sizə verə bilərəm. Axurik - Qars xətti isə 1993-cü ildən bağlıdır. Türkiyə Qars-Dilucu xəttini artıq tikməyə başlayıb, 2030-cu ilə qədər Naxçıvana çatdırmaq istəyir. Ermənistan tərəfdə isə Axurikdən sərhədə qədər 5-6 km qalıb. Paşinyan bunu bərpa etdirməklə Ankaraya mesaj göndərir ki, mən Türkiyə ilə dəmiryolu xəttini Rusiya vasitəsilə açılıram. Sovet dövründə İcevan-Qazax xətti Bakını İrəvana bağlayan əsas xətt idi. Paşinyan deyir ki, növbəti mərhələdə bu xətti də açılacaq. Bu, sülh müqaviləsi üçün ən böyük etimad addımı olardı. Bakı artıq 2025-ci ilin oktyabrında Ermənistana tranziti açdı və Rusiya 1990-cı illərdən sonra ilk dəfə taxılı Azərbaycan üzərindən, dəmir yolu ilə Ermənistana göndərdi. Bəs Paşinyanın bu addımı ilə nə etmək isyəri. Baş nazir Moskvanın Zəngəzur dəhlizi ilə bağlı narazlığına cavab verir ki, TRIPP-in sahibi ABŞ-dir, amma sizin "Cənubi Qafqaz Dəmir Yolu"nuz var, gəlin relsləri də siz bərpa edin.Yəni Paşinyan eyni anda iki iş görməyə çalışır. TRIPP-i amerikalılarda saxlayır, amma fiziki işi ruslara verir ki, Moskva prosesi bloklamasın. Və Türkmənbaşıda Prezident İlham Əliyevlə təmas da təsadüfi deyil. Əgər Azərbaycan razı olmasa, İcevan-Qazax və Yerasx-Naxçıvan xətləri heç vaxt açılmayacaq. Çünki xəttin o biri ucu Azərbaycandır. Buna görə Paşinyan çalışır ki, 30 ildir bağlı olan qapıları açsın. Amma hələ də Moskvada olan açarla açsın. Bakı isə sakitcə izləyir. Yolu kimin tikməsindən asılı olmayaraq, qazanan zatən Azərbaycan olacaq. Həm Naxçıvana birbaşa yol, həm də Ermənistan üzərindən Türkiyəyə və Avropaya çıxan yeni dəhliz.
Şöhrət El-Dəniz
visiontv.az