Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir.
Qeyd edilib ki, təqsirləndirilən şəxs Bəbirov Orduxan Teymurxan oğlu barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
23.09.1969-cu il təvəllüdlü Bəbirov Orduxan Teymurxan oğlu Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə çağırılıb.
Orduxan Teymurxan şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 may 2025-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.