Onlarla bəluç edam ediləcək
22.04.2025

Etnik bəlçların kompakt yaşadığı Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərinin həbsxanasında saxlanılan edama məhkum edilmiş 85 nəfər hər an edam edilə bilər.

Bu barədə Bəluç Fəallarının Kampaniyası xəbərdarlıq edib. 

Bildirilib ki, narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılan bəluç məhbusların barələrində çıxarılan hökmələrə yenidən baxılması üçün müraciətləri rədd edilib.

Qeyd edək ki, sünni məzhəbli etnik bluç məhkumlar İranda ən çox edam edilən məhbuslar sırasındadırlar.

Sistan və Bəluçistan əyalətində əhəmiyyətli iqtisadi müəssisələrin olmaması səbəbindən burada başqa bölgələrdə müqayisədə işsizlik və yoxsulluq daha çoxdur.

Bu, məişət problemlərinin həlli üçün onları yanacaq qaçaqmalçılığı və başqa qanunsuz əməllərə sövq edir.

Bununla yanaşı əyalətin iş qabiliyyəti olan təbəqəsinin əhəmiyyətli faizi qazanc əldə etmək üçün başqa əyalətlərə köç etməyə məcbur olub.

visiontv.az