Amerikalılar Əl-Qaidə lideri Ayman əz-Zəvagirini öldürdüklərini açıqlayıblar.
Misirin nüfuzlu ailələrindən birinin üzvü, Tibb Universiteti tələbəsi, babası səfir, atası professor olan Zavahiri siyasi İslamın populyarlaşdığı dalğada bu hərəkata qoşuldu, 1981-ci ildə Ənvər Sədata sui-qəsdə görə həbs olundu və 3 il məhkum oldu.
Onun məhkəmədə məşhur qəzəbli nitqi bütün dünyada yayılıb. Amma Mübarək onu azad etdi və Zavahiri digər cihad tərəfdarları ilə birlikdə Əfqanıstanda SSRİ-yə qarşı cihad müharibənə qoşulmaq üçün getdi. Abdullah Azzam və o daha sonra Usama bin Ladenin fikir ataları oldular. Qlobal cihad hərəkatı - əl-Qaidə onların ideyası idi. Əslində bin Laden sadəcə varlı, gənc sponsor idi. Azzam Pakistanda sui-qəsd nəticəsində öldürülsə də Zavahiri uzun illər yaşadı və bin Ladendən sonra 11 il əl-Qaidəyə rəhbərlik etdi. İŞİD sonrası əl-Qaidənin nüfuzu azalsa da hələ də bir çox dünya ölkələrində tərəfdarları və silahlı qruplar var. Ən güclü Suriyada (HTŞ) və Nigeriyadadir. Amma Filippindən Mərkəzi Afrikaya qədər çox ölkədə bir vaxtlar tərəfdarları var idi.
Siyasi İslamın radikal cihad hərəkatına və daha sonra təkfirçi cihadçilığa çevrilməsində bu adamların rolu və xidməti böyükdür. Baxmayaraq ki, Zavahiri özü və əl-Qaidə təkfirçi deyildi.
Amma hər bir halda Sədat sui-qəsdinden sonra siyasi islamçılığın radikallasması bütünlükdə müsəlman aləmini geri atdı. Əlbəttə, burda kənar amillər də yetəri qədər rol oynadı.
Siyasi şərhçi Kənan Rövşənoğlu
Visiontv.az