Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın 2025 - ci il üzrə hesabatına əsasən, nüvə arsenalına sahib olan doqquz dövlət bu silahların hazırlanması və saxlanmasına 119 milyard dollar hədərində nəhəng vəsait ayırıb - bu barədə “RMF24” portalı məlumat yayıb.
Siyahıda ilk pillədə ABŞ qərarlaşıb. Ağ Ev ötən il bu məqsədlər üçün 69.2 milyard dollar xərcləyib. Bu göstərici əvvəlki illə müqayisədə 22% çoxdur və digər bütün ölkələrin ümumi xərclərindən daha yüksəkdir. ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi ölkə nüvə yarışında liderliyini qoruyur.
Xərclərin həcminə görə ikinci yerdə Çin qərarlaşıb. Pekin nüvə silahlarına 13.5 milyard dollar ayırıb ki, bu da 2024 - cü illə müqayisədə 7% çoxdur.
Nəşr maraqlı bir məqamı xüsusilə vurğulayır: Böyük Britaniya xərclərini 17% artıraraq 12.6 milyard dollara çatdırıb və Rusiyanı qabaqlayıb. Rusiya isə nüvə silahı xərclərini 6% artıraraq 9.5 milyard dollara çatdırsa da, siyahıda geriləməli olub.
visiontv.az