Növbəti köç Ağdərənin Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub
22.04.2025

Bu gün Ağdərənin Həsənriz kəndinə köçən sakinlərə evlərin açarları təqdim olunub.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bu gün geniş tikinti-bərpa işləri aparılır. Bu ilin sonuna qədər əhalinin qayıdışı nəzərdə tutulmuş 24 tarixi Azərbaycan kəndlərinin 16-sında hazırda tikinti- bərpa işləri həyata keçirilir, digər 8 yaşayış məntəqəsində isə layihələndirmə işləri aparılır. Bu günə qədər Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində ümumilikdə 12 minə yaxın əhalinin daimi məskunlaşması təmin olunub. Bu mərhələdə isə Ağdərə rayonunun Həsənriz kəndinə daha 20 ailə - 68 nəfər köçürülüb. Bununla da Həsənriz kəndində 90 ailənin, 306 nəfərin daimi məskunlaşması təmin edilib.