Norveç Çernobıl AES-in bərpasına 10 milyon dollardan çox vəsait ayıracaq
13.06.2026

Norveç Çernobıl Atom Elektrik Stansiyasındakı (AES) yeni təhlükəsizlik örtüyünün bərpası üçün 10.5 milyon dollar maliyyə vəsaiti ayıracaq.

Bu barədə məlumatı Norveçin Kiyevdəki səfirliyi açıqlayıb.

Diplomatik missiyadan bildirilib ki, ayrılan vəsait  Avropa Yenidənqurma və İnkişaf Bankının Beynəlxalq Çernobıl Əməkdaşlıq Hesabı vasitəsilə aidiyyəti üzrə yönəldiləcək.

Səfirlikdən əlavə edilib ki, bu maliyyə pilotsuz uçuş aparatının (PUA) hücumundan sonra stansiyanın dördüncü enerji blokunun üzərində yerləşən qoruyucu strukturun təmir işlərinə xərclənəcək.

Xatırladaq ki, ötən ilin fevralında Beynəlxalq  Atom  Enerjisi  Agentliyi Çernobıl  AES-in zədələnmiş dördüncü reaktorunu örtən yeni sarkofaqda partlayış baş verdiyini elan etmişdi.

visiontv.az