Bu barədə iki lider arasında baş tutan danışıqla bağlı İsrail Baş nazirinin ofisi məlumat yayıb.
“Baş nazir Netanyahu ilə ABŞ prezidenti Tramp arasında davam edən dialoq çərçivəsində bu axşam onların arasında növbəti telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər müxtəlif istiqamətlər üzrə ölkələri arasında koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.
ABŞ prezidenti Tramp baş naziri ABŞ-ın Fars körfəzindəki fəaliyyəti barədə məlumatlandırıb.
Baş nazir isə öz növbəsində Ərdoğanın və onun tərəfdarlarının İsrail dövlətinin mövcudluğuna dair sərt bəyanatlarından narahatlığını ifadə edib, həmçinin İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının qorunmasının vacibliyini vurğulayıb”, - Netanyahu ofisinin məlumatında deyilir.
visiontv.az