Bu barədə əyalətin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Onlar "xarici media ilə əlaqə və kiberməkanda təbliğat fəaliyyəti"ndə ittiham olunublar.
Saxlanılanlardan bir neçəsi "bəzi hərbi və müdafiə qurğuları, eləcə də Urmiya şəhərindəki hərbi və polis qüvvələrinin koordinatları haqqında məlumatları xarici ölkələrə göndərmək"də günahlandırılıb.
Bununla yanaşı bir neçə nəfərin də "hökumətə müxalif olan qruplarla əlaqədə olduqlarına" görə saxlanıldığı bildirilib.
Kəşfiyyat İdarəsi həmçinin Urmiya və Çaypara şəhərlərində "həssas hərbi və mülki mərkəzlərindən foto və video çəkərək düşmən şəbəkələrinə göndərilməsi üçün əvvəlcədən planlaşdırmış fəaliyyət" göstərən şəxslərin də həbs edildiyini iddia edib.
Həbs edilənlərin kimliyi barədə açıqlama verilməyib..
visiontv.az