“Kyodo News” agentliyinin məlumatına görə, sözügedən şəxs NHK Yaponiya ictimai televiziyasının Tehran bürosunun rəhbəridir. Bildirilir ki, jurnalist sərbəst buraxılsa da, hələlik İranı tərk etməsinə icazə verilməyib və o, Tehranda qalmağa məcburdur.
Qeyd olunub ki, jurnalistin azadlığa buraxılması İran və Yaponiyanın xarici işlər nazirləri arasında bir gün öncə baş tutan telefon danışığından sonra həyata keçirilib.
Yaponiyanın xarici işlər naziri daha öncə İran tərəfinə müraciət edərək saxlanılan vətəndaşların azadlığa buraxılmasına çağırıb.
visiontv.az