WSJ: “ABŞ İranın enerji obyektlərinə hücum edəcək”
08.04.2026

“The Wall Street Journal” qəzeti yazıb ki, ABŞ ordusu İrandakı enerji obyektlərinə mümkün hücumlar üçün hazırlaşır.

Amerikalı rəsmilər qeyd ediblər ki, hərbi komandanlar prezident Donald Trampın əmri ilə enerji infrastrukturu hədəflərinə hücum etmək qərarına gəlsə, ona təqdim etmək üçün əvvəlcədən hazırlanmış hədəf siyahılarını nəzərdən keçirirlər.

Eyni zamanda Tramp son günlərdə Tehran üzərində təzyiqini artırıb. O, bildirib ki, İran Hörmüz boğazını çərşənbə axşamına qədər açmasa, ABŞ onun bütün elektrik stansiyalarını məhv etməyə hazırdır.

visiontv.az