Bununla bağlı, İsrail Müdafiə Qüvvələri özünün farsdilli "X" hesabında məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri (IDF) İran vətəndaşlarını təhlükəsizlik səbəbləri əsasında İran vaxtı ilə saat 21:00-a qədər qatarlarda səyahət etməkdən çəkinməyə çağırıb.
IDF-nin təqaüdçü sözçüsü Kamal Penhasi bildirib ki, dəmir yollarında və ya qatarlarda olmaq həyat üçün təhlükə yarada bilər. O, əlavə edib:
"Əziz vətəndaşlar, təhlükəsizliyiniz üçün sizdən bu axşama qədər qatarlarda səyahət etməkdən və ya dəmir yolu relslərinin yaxınlığında olmaqdan çəkinməyinizi xahiş edirik”.
visiontv.az