İnsanların Kurtlar Vadisi kimi “dərin dövlət” və komplo mövzulu seriallara marağı təsadüfi deyil. Bu, beynin işləmə prinsipi ilə bağlıdır.
İnsan beyni qeyri-müəyyənliyi sevmir və hadisələr arasında əlaqə axtarır. Komplo teoriyaları isə dünyanı “gizli planlarla idarə olunan sistem” kimi təqdim edərək bu ehtiyacı qarşılayır.
Buna əlavə olaraq Dunning-Kruger effekti işləyir: insan səthi məlumat əldə etdikdə özünü daha məlumatlı hiss edir. “Hamının bilmədiyini bilirəm” düşüncəsi beyində mükafat hissi yaradır.
Bu tip seriallar güclü qəhrəman və gizli sistem narrativi ilə izləyiciyə “seçilmiş” hissi verir. Nəticədə real bilikdən çox kontrol illüziyası yaranır.
Sizcə bu sadəcə əyləncədir, yoxsa düşüncəyə təsir edir?
Kurtlar Vadisi izləmisiniz?
Neandertal
visiontv.az
Çin və Rusiya ABŞ, İsrail və İran müharibəsindən faydalanmaq strategiyasını qəbul edirlər