Gunaz TV-nin məlumatına görə, İranın kaset tipli raketinin bir hissəsi bu gün səhər Tel-Əvivdə yaşayış məhəlləsində, Ukraynanın səfirliyindən təxminən 30 metr məsafədə yerə düşüb.
Kaset tipli raketlər qadağan olunub və xüsusilə yaşayış ərazilərində müharibə zamanı istifadəsi yolverilməz sayılır.
Məlumatda vurğulanır: «Bu hücum bir daha göstərir ki, İranın strategiyası qəsdən mülki itkiləri artırmağa yönəlib və bu, müharibə cinayətləri çərçivəsində qiymətləndirilə bilər.»
Məlumata əsasən, xoşbəxtlikdən hadisə zamanı Ukrayna səfirliyinin heç bir əməkdaşı xəsarət almayıb. Hadisə baş verən zaman binanın daxilində insanlar olub.
Eyni zamanda, son günlərdə minlərlə pilotsuz uçuş aparatı, onların bir çoxu İran istehsalı olan «Şahed» tipli dronlar olmaqla, Rusiya tərəfindən Ukrayna şəhərlərinə qarşı istifadə olunub.
Bəyanatda qeyd olunur: «Bu hücumları qınayırıq və Ukrayna xalqı ilə, həmçinin İsraildəki səfirliyin bütün əməkdaşları ilə həmrəyliyimizi bildiririk.»
visiontv.az