Yaxın Şərqdə artan gərginlik fonunda Pakistanda İrandan Ermənistana gedən təxminən 400.000 dollar dəyərində yük daşıyan konteynerlər saxlanılıb.
Bununla bağlı, Ermənistanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Karen İvanov “Sputnik Armenia” agentliyinə müsahibəsində bildirib.
İvanov bildirib ki, Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin olmaması vəziyyətin mürəkkəbləşməsinə səbəb olur. Nəticədə, məsələ hazırda Ermənistan Xarici İşlər Nazirliyi ilə əlaqələndirilərək həll olunur.
visiontv.az