Sosial media üzərindən yazdığım qeydlər.
4-cü dəfədir İran raket atır, NATO vurur, Ankara da deyir lazımı tədbirlər görürük.
***
Milli ruhani liderlərlər yetişməyənə və təşəbbüsü ələ almayana qədər insanlarımızı fars-şüubiyyə əlamanlarının təsiri altında istənilən xəyanətə sürükləyəcəklər.
***
Yağış sınağından polis və fövqəladə əməkdaşları üzü ağ çıxdı. Harda vəziyyət daha gərgin idi onları gördük. Təbii ki yağış çox yağdı və əziyyət çəkənlər də kifayət qədərdir. Problemlər, məsuliyyətsiz məmurlar ucbatından cəmiyyətin narazılığı da başa düşüləndir. Amma sadə vətəndaşın yardımına qaçan polis və fövqəladə əməkdaşları sübut etdi ki, onlar cəmiyyətin problemlərinə biganə deyillər. Sağ olsunlar.
***
Təməli Cümhuriyyət dövründə Şeyxzamanov qardaşları tərəfindən qoyulan Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü tamam olur.
Dövlətətin əsas sütunlarından olan DTX və XKX əməkdaşlarını və veteranlarını peşə bayramı günü münasibətilə təbrik edirəm.
P.S. SPACE -də işlədiyim vaxtlar qəhrəman əks-kəşfiyyatçı və kəşfiyyatçılarımızın fəaliyyəti barədə 25-dən çox sənədli film və veriliş hazırlamışam.
***
Qızım Aytən Harvard üniversiteti tərəfindən təşkil olunmuş "Yaradıcı yazı və hekayə quruculuğu" kursunu bitirərək sertifikat alıb. Mən bütün gənclərin, övladların təhsillə bağlı uğurlarına dəli kimi sevinirəm. Oxuyan, təhsil dalınca gedən bütün gənclər gözümün nurudur.
P.S. Nə qədər yazı - pozudan uzaq ol dedim, xeyri olmadı.
***
Ərteş (İran ordusu) SEPAH deyil. Və ölkəni yeyib talayan mollalara və SEPAH generallarına görə özlərini oda-közə soxmayacaq. Zatən Ərteşin əsgər və zabitləri rejimə həmişə yad hesab olunub, onlara etibar etməyiblər. Rejim onları həmişə süfrədən kənarda, yarı ac, yarı tox saxlayıb. Fikrimcə quru əməliyyatları olsa ordu SEPAH kimi performans göstərməyəcək. Bir milyon yox, lap iki milyon əsgər yığsalar da ilk döyüşdə hərə bir yerə dağılıb gedəcək.
***
Nə danışıqlar realdır, nə də İran qalib gəldi kimi fikirlər. Müharibəni bu cür mənasız sonluqla bitirmək üçün başlamırlar. Sözün düzü istəməzdim qonşuluqda İran rejimi kimi bir dövlət olsun və bu cür qanlı müharibə aparsın. Amma reallıq budur ki, heç kimi rahat yaşamağa qoymayan belə bir qanlı rejim məhv edilməlidir və ediləcək də. Bunu ABŞ yox İranda yaşayan xalqlar edəcək. Müharibə isə bu proses başa çatana kimi davam edəcək.
***
Paşinyan Göyçənin Basarkeçər rayonunda boş qalan torpaqlara sahib axtarır.
Torpağın əsl sahibləri isə Göyçəyə qayıtmaq üçün səbirsizliklə gözləyir.
***
Rejimin yıxılması ilə ETTAALAT-ın, SEPAH-ın kəşfiyyat arxivləri qızıldan da qiymətli olacaq. ( kaş o arxivin bizə aid olan hissə Azərbaycanın əlinə keçə)
Təsəvvür edirəm o siyahıda nə qədər "ziyalı", "jurnalist", "siyasətçi", "iş adamı", "politoloq", "dindar" olacaq.
P.S. Buna görə azğınlaşıblar. Hamıya hədə-qorxu gəlib, təhdid edirlər.
***
Biri mənə səs atıb hədə-qorxu gəlir ki, niyə azərbaycanlılara qeyrətsiz dəyənin ağzını cırıbsan. Farsa siğə etdirib millətimi söydürür, cavab alanda da "qeyrətini" çəkir qaqaş.
Söhbət dünən Səhər Azəri kanalında azərbaycanlılara qeyrətsiz dəyən əxlaqsızın Azərbaycandakı qardaşlarından gedir. Səs göndərib hədə-qorxu gəlirlər mənə)).
DTX-ya səsi və profili atacam qoy araşdırsınlar görək bu SEPAH qeyrəti çəkən kimdir.
***
Ağladıqca kişi qeyrətsiz olar, necə ki ağladı İran oldu.
Səhər Azeri kanalında biz azərbaycanlılar qeyrətsiz deyənlərə cavabım.
***
Tehran universitetinin SEPAH-a bağlı professoru deyir ki, bizim Azərbaycandaki tərəfdarlarımız 2 günə hakimiyyəti dəyişə bilər. Bunlar illərdir qanmırlar ki, Azərbaycan nə Suriyadır, nə Livan, nə İraq, nə də Yəmən. 5-10 zatıqırığın sosial mediada, orda-burda pıçıldaşmaları hələ güclü olmaq demək deyil. DTX-nın 44 günlük müharibədən sonrakı əməliyyatları deyəsən bunlara dərs olmadı. Yenə qaşınırlar.
P.S. Bircə dəfə yüksək səviyyədə Güneyə müraciət olsa yaranan effekt ABŞ-nin atdığı bombalardan daha güclü təsir göstərəcək. Oturun oturduğunuz yerdə və susun görək axırınız necə olacaq.
Şöhrət El-Dəniz
visiontv.az